Güclü partlayış zamanı 10 nəfər ölüb
Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar olub.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, partlayış episentrinə yaxın olan binaların şüşələri dağılıb.
Bildirilib ki, partlayışın səsi Kiprdə belə eşidilib.
Ard-arda iki partlayışda azı 10 nəfər ölüb. Həmçinin yüzlərlə insanın xəsarət aldığı bildirilir.