Litvada “Güclü Qalxan 2” – Beynəlxalq hərbi təlimlər başlayır

Dünya

29.05.2023 - 17:16

Mayın 29-dan iyunun 2-dək komanda-qərargah, iyunun 2-dən 4-dək isə səhra taktiki təlimləri keçiriləcək

Litvada mayın 29-dan iyunun 4-dək keçiriləcək “Güclü Qalxan 2” (Strong Shield 2) beynəlxalq hərbi təlimləri başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, təlimlərdə Litvanın Könüllü Müdafiə Qüvvələri ilə birlikdə Britaniya Reyncer Alayının hərbi qulluqçuları, ABŞ-dan Pensilvaniya Milli Qvardiyasının bölmələri, Norveç milisləri, eləcə də Polşa Ərazi Müdafiə Qüvvələri iştirak edirlər.

Təlimlər hərbi hissələrin döyüş hazırlığının artırılması və döyüş əməliyyatlarının aparılmasının praktiki məqsədi ilə keçirilir.

Mayın 29-dan iyunun 2-dək komanda-qərargah, iyunun 2-dən 4-dək isə səhra taktiki təlimləri keçiriləcək.

Qeyd edək ki, may ayında Estoniyada NATO ölkələrinin desantlarının iştirak etdiyi “Swift Response” təlimi keçirilib. ABŞ-ın rəhbərlik etdiyi təlimlərin bir hissəsi olaraq Özünümüdafiə Qüvvələri və müttəfiqləri qüvvə və texnikanın Baltikyanı respublikaya ötürülməsini təcrübədən keçiriblər.

Müəllif: Ayna.az