Lənkəranda 18 kiloqram narkotik dövriyyədən çıxarılıb

Xəbərlər

13.08.2024 - 11:42

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 33 nəfər saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Hüseynov saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, E.Hüseynovdan tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 17 kiloqram marixuana və bir kiloqram heroin aşkarlanıb.

Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan Razi adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, sonra bir ay ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 33 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş