Hüseyn Səfərlinin meyiti tapılıb

Hadisə

01.07.2019 - 16:56

Uşağın meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb

 

Gəncə şəhərinin Kəpəz rayonunda, 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlu naməlum şəraitdə Gəncəçay çayına düşüb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

H.Səfərlinin meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Müəllif: Ayna.az