Lavrovdan Navalnı barədə açıqlama: “Onu müşayiət edən şəxslər...”

Dünya

11.09.2020 - 15:49

XİN başçısı: “Həmin şəxslər Almaniyaya köçməyə başlayıblar”

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov müxalifət lideri Aleksey Navalnının zəhərlənməsindən danışıb. AYNA-nın xəbərinə görə, Lavrov deyib ki, Navalnını Omskdakı xəstəxanaya aparmazdan əvvəl onu müşayiət edən şəxslər Almaniyaya köçməyə başlayıblar.

 

Bununla XİN başçısı zəhərlənmə hadisəsinin araşdırılmasının çətin olduğuna işarə edib

 

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Navalnı ilə bağlı vəziyyətin necə araşdıracağının kənardan kənardan diktə edildiyini bildirib. “Rusiya isə belə halları sevmir”, - deyə Peskov qeyd edib.

Проект» разобрал маршрут Алексея Навального перед госпитализацией — Новости  — Агентство ТВ-2 — актуальные новости в Томске сегодня

Qeyd edək ki, 11 sentyabrda Rusiyanın Daxili İşlər Nazirliyinin müstəntiqləri zəhərlənmə hadisəsi zamanı Navalnının yanında olan, İngiltərədə daimi yaşayan Marina Pevçixi axtarmağa başlayıb. İstintaqa görə, 20 avqustda Tomsk vilayətində olduğu müddətdə Navalnının yanında olan Pevçix Rusiya hüquq-mühafizə orqanlarına izahat verməkdən yayınıb. Hazırda xanım Pevçixin harada olduğu müəyyənləşdirilir.

 

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Müəllif: Ayna.az