Lavrov yaxın vaxtlarda Çinə gedəcək

Dünya

03.04.2024 - 16:26

cedabet Klinikalar SEO Xidməti

Rusiya XİN başçısının səfərinin dəqiq tarixi bəlli deyil

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda Çinə səfər edəcək. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqların aparılması planlaşdırılır.

“Səfərin tarixi yaxın zamanlarda çinli həmkarlarımızla birlikdə açıqlanacaq. Xarici əlaqələr idarələrinin rəhbərlərinin BMT, BRİKS, ŞƏT, G20, APEC və digər çoxtərəfli mexanizmlər və forumlarda birgə işə diqqət yetirməklə, ikitərəfli əməkdaşlığın geniş spektrini, beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəkləri gözlənilir”, Zaxarova qeyd edib.

XİN rəsmisi bildirib ki, bir sıra aktual mövzular, regional problemlər, o cümlədən Ukrayna böhranı, Asiya-Sakit okean regionunda vəziyyət və digər problemlər üzrə hərtərəfli fikir mübadiləsi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş