Zaxarova Rusiya XİN başçısının sammitə qatılacağını açıqlayıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 7-də Cakartada keçiriləcək Şərqi Asiya Sammitində iştirak edəcək. AYNA xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Sentyabrın 7-də Cakartada Rusiya xarici işlər naziri 18-ci Şərqi Asiya Sammitində iştirak edəcək" deyə, Zaxarova bildirib.