“Prezidentin siyasəti vətəndaşlarımız tərəfindən ən yüksək şəkildə dəstəklənir və bu dəstək öz təsdiqini tapacaq”
“Ruslar prezident seçkilərində hazırkı Rusiya lideri Vladimir Putinin beynəlxalq siyasət kursunu dəstəkləyəcəklər”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Prezidentin siyasəti vətəndaşlarımız tərəfindən ən yüksək şəkildə dəstəklənir və şübhəsiz ki, sabahdan başlayacaq prezident seçkilərində bu dəstək öz təsdiqini tapacaq”, - baş diplomat əminliyini ifadə edib.
Lavrov qeyd edib ki, Rusiyanın beynəlxalq siyasətinin xətti “Qərbin demokratik adlanan bir çox ölkələrində olduğu kimi seçki dövrləri ilə deyil, dövlətimizin, Rusiya Federasiyasının bütün xalqlarının fundamental milli maraqları ilə diktə olunur”.