Lavrov Latın Amerikası ölkələrinə səfərə çıxıb

Dünya

17.04.2023 - 08:41

cedabet dərman SEO Xidməti

Rusiya XİN başçısı aprelin 17-dən 21-dək Braziliya, Venesuela, Nikaraqua və Kubada olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 17-dən 21-dək Latın Amerikası ölkələrində səfərdə olacaq. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Rusiya diplomatiyasının rəhbəri Braziliya, Venesuela, Nikaraqua və Kubada olacaq. Bu dövlətlərin ali rəhbərliyi ilə görüşlər və xarici işlər nazirləri ilə danışıqlar planlaşdırılır.

XİN-dən bildirilib ki, Lavrov regiona siyasi, ticarət-iqtisadi, təhsil, humanitar, mədəni və digər sahələrdə ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək məqsədi daşıyan konkret gündəmlə gedib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş