Nazir: “Pededze və Vientuli məntəqələrində beton maneələr quraşdırılıb”
Latviya Rusiya ilə sərhəddə yerləşən Pededze və Vientuli keçid məntəqələrinin fəaliyyətini dayandırıb. AYNA xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Riçards Kozlovskis deyib.
Nazir qeyd edib ki, bu məntəqələrdə beton maneələr quraşdırılıb.
Onun sözlərinə görə, bu məntəqələrin sərhədçiləri başqa yerlərə, o cümlədən Latviya və Belarus sərhəddinə göndərilib.
Qeyd edək ki, bir müddət əvvəl Latviya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə iki keçid məntəqəsinin işinin dayandırılmasını nəzərdə tutan layihə hazırlamışdı.