Laricani: "Amerikalılarla danışıqlar nisbətən yaxşı gedir”

Dünya

11.02.2026 - 16:27

“Görünür, onlar bu dialoqun konkret bir həll yoluna doğru davam etməsini istəyirlər”

“Amerikalılar nüvə danışıqlarının konkret bir həll yolu ilə başa çatmasını istəyirlər”. AYNA.AZ “Tasnim”ı istinadən bildirir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

"Amerikalılarla danışıqlar nisbətən yaxşı gedir. Görünür, onlar bu dialoqun konkret bir həll yoluna doğru davam etməsini istəyirlər. Yalnız bir görüş keçirildiyi üçün yekun nəticələr çıxarmaq üçün hələ tezdir. Danışıqların davam etməsini izləyəcəyik", - deyə Laricani qeyd edib.

O bildirib ki, növbəti danışıqlar mərhələsinin yeri və vaxtı ilə bağlı qərar daha sonra veriləcək.

Omana səfəri barədə danışan Laricani səfərin çox məhsuldar olduğunu və Oman rəsmiləri ilə regional məsələlər üzrə danışıqların ümidverici olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş