Məhbuslar həbsxanadan elə qaçdılar ki...

Hadisə

06.11.2019 - 18:30

Həkimlər Klinikalar SEO Xidməti

Məhbusların yerini söyləyənlərə 5 min dollar mükafat vəd olunub

 

ABŞ-ın Kaliforniya ştatında qəribə hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, həbs cəzası çəkən iki nəfər məhbus həbsxananın tualetinin tavanında 55 santimetrlik çuxur açaraq cəzaçəkmə müəsiəsindən qaçıblar.

 

Santos Samuel və Conatan Salazar adlı məhbusların qaçması ABŞ-la yanaşı dünya mətbuatının da diqqətini çəkib.

 

Yerli təhlükəsizlik orqanları məhbusların silahlı və təhlükəli olması ilə bağlı əhaliyə xəbərdarlıq ediblər.

 

Bundan əlavə, məhbusların yerini söyləyənlərə 5 min dollar mükafat da vəd olunub.

Müəllif: Ayna.az