Kürdə su artıb: Sabirabadda körpü sıradan çıxdı

Hadisə

29.04.2026 - 17:59

Kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb

Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub. AYNA.AZ APA-ya istinadən məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır.

Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb.

Kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş