Kürdə batan şəxsin meyiti tapılıb

Hadisə

16.06.2020 - 15:37

Meyit dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib

 

Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan, 1989-cu il təvəllüdlü Abdullayev İlham Əhəd oğlunun axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, İ.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az