Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub
Bakı şəhərinin Səbail rayonunda 1 nəfər yük avtomobilinin banında, armatur bağlamasının altında sıxılı vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə müraciət daxil olub.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, 1957-ci il təvəllüdlü Məmmədov Güloğlan Qələmdar oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.