KTMT: Bakı Qarabağda təhlükəsizliyi təkbaşına təmin edəcək

Aktual

22.04.2024 - 15:57

“Regionda sabitlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”

“Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.

“Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına gəlincə, hazırda bura təhlükəsizliyi təmin etmək üçün öz qüvvələrinə malik Azərbaycan ərazisidir və təbii ki, bu məsələ birtərəfli qaydada həll olunmur. Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - deyə KTMT rəsmisi qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti aprelin 17-dən etibarən bölgədən çıxmağa başlayıb.

Müəllif: Ayna.az