Ən az yoluxma Naxçıvanın payına düşür
Azərbaycanda koronavirus xəstələrinin rayonlar üzrə dəqiq təsnifatı yayımlanıb. AYNA Koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ən çox yoluxma Bakıda qeydə alınıb.
Ümumi yoluxmanın 54,4 faizi Bakının, 14,1 faizi Abşeronun, 10,7 faizi Aranın, 7 faizi Gəncə-Qazaxın, 4 faizi Lənkəranın, 3,2 faizi Şəki-Zaqatalanın, 2,9 faizi Quba-Xaçmazın, 1,8 faizi Dağlıq Şirvanın, 1,1 faizi Yuxarı Qarabağın, 0,07 faizi Naxçıvanın payına düşüb.
Bakı rayonları üzrə isə yoluxma faizi belədir: Binəqədidə koronavirusa yoluxma 14,6 faiz, Xətaidə 12,8 faiz, Yasamalda 11,5 faiz, Sabunçuda 11,4 faiz, Nəsimidə 8,4 faiz, Nərimanovda 8 faiz, Suraxanıda 8,2 faiz, Nizamidə 7,3 faiz, Qaradağda 6,5 faiz, Xəzərdə 6,2 faiz, Səbaildə 4,8 faiz, Pirallahıda 0,3 faiz təşkil edib.