BQXK Azərbaycan və Ermənistana çağırış edib

Aktual

27.09.2020 - 17:03

“Hər iki tərəfdən itkilərin arasında mülkilər var”

 

Cenevrə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmas xətti boyunca bu gün səhər saatlarında başlamış gərginləşmənin humanitar nəticələrinə görə narahatdır. AYNA xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, hər iki tərəfdən itkilərin arasında mülkilər var. BQXK tərəfləri beynəlxalq humanitar hüququn ən başlıca qaydaları barədə öhdəliklərinə riayət etməklə, mülki şəxslərin həyatlarını və mülki infrastruktur obyektlərini qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırır.

 

BQXK-nın regional direktoru Martin Şopp tərəfləri beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyə səsləyib: “Biz bu gərginləşmə nəticəsində təsirə məruz qalan şəxslərə dəstək göstərməyə və neytral vasitəçilik rolumuzu yerinə yetirməyə hazır olduğumuzu bir daha bildiririk. Biz tərəfləri beynəlxalq humanitar hüququn prinsiplərinə hər bir halda tam riayət etməyə çağırırıq”.

 

Müəllif: Ayna.az