Azərbaycanda COVID-19 xəstələri bu dərmanlarla müalicə edilirlər

Aktual

21.08.2020 - 18:16

Həkimlər Klinikalar SEO Xidməti

Həkim: “Xəstəlikdən sonra yaranan patagenizin aradan qaldırımasına müdaxilə edirik”

 

“COVID-19-un tamamilə məhv edilməsi üçün isbat olunmuş effektiv dərman yoxdur və müalicə prosesində yalnız antiviral dərmanlardan istifadə edilir”. AYNA xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibb Universiteti Xəstəxanasının Reanimasiya və İntensiv Terapiya Şöbəsinin həkimi Emin Qasımov deyib.

 

“Həmin antiviral dərmanların bəziləri Ebola virusunda, bəziləri isə Azərbaycanda, Rusiyada, Türkiyədə, Yaponiyada və bəzi Avorpa ölkələrində qrip virusuna qarşı istifadə edilən dərmanlardır. Yəni ki, COVID-19-a qarşı patagenik müalicə üsulundan istiafdə edilir. Bu o deməkdir ki, xəstəlikdən sonra yaranan patagenizin aradan qaldırımasına müdaxilə edirik. Bu da əsasən koronavirusdan sağalan xəstələrin plazmalar ilə həyata keçirilir. Bu praktika isə ilk dəfə deyil, daha əvvəllər SARS epidemiyası zamanı da bu üsuldan istifadə edilib”-Qasımov əlavə edib.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət