Rusiya sülhməramlılarını daşıyan onuncu İl-76 Qarabağa uçdu

Aktual

10.11.2020 - 12:08

Hava gəmisinin göyərtəsində sülhməramlı hissənin şəxsi heyəti, materiel və zirehli personal daşıyıcıları var

 

İçərisində Rusiya sülhməramlılarının olduğu onuncu İl-76 təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa uçub. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

“Göyərtəsində Rusiya sülhməramlıları olan onuncu İl-76 hərbi nəqliyyat təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxdı. Hava gəmisinin göyərtəsində sülhməramlı hissənin şəxsi heyəti, materiel və zirehli personal daşıyıcıları var”, - deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini 1960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd texnika sayında yerləşdiyi Rusiya, Azərbaycan və Ermənistan lideri tərəfindən dünən imzalanan sənəddə öz əksini tapıb.

Müəllif: Ayna.az