Körpüdə qəza nəticəsində üç nəfər ölüb
Krım körpüsündə ölümlə nəticələnən qəzaya görə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Bu barədə AYNA TASS-a istinadən bildirir.
Məlumata görə, Kerç istiqamətində körpüdə üç avtomobil toqquşub. Nəticədə 3 nəfər ölüb, daha biri yaralanıb. Qəzanın təfərrüatları bilinmir.
Qeyd edək ki, sonuncu dəfə fövqəladə vəziyyətlə əlaqədar Krım körpüsündə hərəkət 2022-ci il oktyabrın 8-də orada yük maşınının partlaması nəticəsində tamamilə dayandırılmışdı. İnsident nəticəsində dəmir yolu qatarının 7 yanacaq çəni yanıb, iki vaqonun arakəsməsi dağılıb. Daha sonra Rusiya Prezidenti Vladimir Putin “Ukrayna xüsusi xidmət orqanlarının hücumun sifarişçisi və icraçısına çevrildiyini” bildirib. Bu məlumatı daha sonra İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də təsdiqləyib.