Kremldən Priqojinin ölü barədə AÇIQLAMA

Dünya

25.08.2023 - 16:13

cedabet dərman SEO Xidməti

Dmitri Peskov: “Bütün bunlar tamamilə yalandır"

“Vaqner” muzdlu hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsinin səmada hərəkətdə olarkən partlamasında Kremlin əlinin olması ilə bağlı versiya təkzib edilib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“İş adamı Yevgeni Priqojinin təyyarə qəzasında Kremlin əli olması ilə bağlı açıqlamaların reallıqla heç bir əlaqəsi yoxdur. Tver vilayəti üzərində səmada baş verən qəza ilə bağlı çoxlu fərziyyələr yaranıb. Bütün bunlar tamamilə yalandır", Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, “Vaqner” muzdlu hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin avqustun 23-də “Embraer” biznes-jetinin göyərtəsində olan doqquz nəfərlə birlikdə dünyasını dəyişib. Qəza ilə bağlı cinayət işi başlanıb. İstintaq təyyarənin Tver vilayətində qəzaya uğramasının səbəbləri ilə bağlı bir neçə versiyanı nəzərdən keçirdiyini bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş