Kreml: Rusiyanın iştirakı olmadan keçirilən Ukrayna barədə konfrans nəticəyə yönəlmir

Dünya

02.05.2024 - 15:57

“Rusiyanın iştirakı olmadan İsveçrədəki görüşü ciddi adlandırmaq mümkün deyil”

“İsveçrədə Ukrayna ilə bağlı konfrans açıq şəkildə nəticəyə yönəlməyib. Rusiyanın iştirakı olmadan biz ciddi gözləntilərdən danışa bilmərik”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov İsveçrədə Ukrayna münaqişəsi ilə bağlı keçiriləcək konfransa münasibətində deyib.

Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan İsveçrədəki görüşü ciddi adlandırmaq mümkün deyil.

Daha əvvəl bildirilib ki, İsveçrə iyunun 15-16-da Bürqenstok kurortunda Ukrayna üzrə keçiriləcək konfransa 160-dan çox ölkədən nümayəndə heyətlərini dəvət edib. Rusiya hələ də konfransda iştiraka dəvət edilməyib.

“İsveçrə həmişə Rusiyaya bu sammitə dəvət göndərməyə hazır olduğunu nümayiş etdirib. Bununla belə, Rusiya dəfələrlə və açıq şəkildə bildirib ki, o, iştirak etməkdə maraqlı deyil”, - İsveçrə hökumətinin bəyanatında qeyd edilib.

Müəllif: Ayna.az