Kreml: Rusiya Minsk razılaşmalarının yerinə yetirilməsində maraqlı idi

Dünya

16.02.2023 - 15:43

cedabet dərman SEO Xidməti

Peskov Surkovun Minsk razılaşmaları ilə bağlı dediklərinə cavab verib

"Məqsəd bu razılaşmaları yerinə yetirmək, həyata keçirmək və nizamlanmaya nail olmaq idi"

“Rusiya əvvəlcə Minsk razılaşmaları üzrə danışıqlara bədbin yanaşmırdı. Moskva ümid edirdi ki, bu danışıqlar nizamlanmaya gətirib çıxaracaq”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

Jurnalistlərin Putinin keçmiş köməkçisi Vladislav Surkovun mövqeyi ilə bağlı sualına cavab verən Kreml sözçüsü deyib ki, Surkovdan əvvəllər, Minsk razılaşmaları üzərində işləyərkən razılaşmaların yerinə yetirilməli olub-olmadığını soruşublar: “O, “yox” deyə cavab vermişdi”.

"Məqsəd bu razılaşmaları yerinə yetirmək, həyata keçirmək və nizamlanmaya nail olmaq idi", - Peskov bildirib.

Kremlin mətbuat katibi qeyd edib ki, Rusiya ilkin olaraq danışıqlar prosesində böyük səylər göstərib və Kiyevi razılaşmalara əməl etməyə məcbur etmək istəyib.

Qeyd edək ki, Surkov Minsk razılaşmalarının yerinə yetirilməməsinə görə Rusiya və Ukraynanı qınayıb. O, Rusiyanın bu razılaşmalar üzrə bədbin olduğunu bildirib.

Xatırladaq ki, Surkov 2013-cü ilin sentyabrından Rusiya Prezidentinin köməkçisi olub və Kremlin MDB ilə əməkdaşlıq şöbəsinə rəhbərlik edib. Onun bilavasitə iştirakı ilə Rusiya-Ukrayna arasında birinci (2014-cü ildə) və ikinci (2015-ci ildə) Minsk razılaşmaları imzalanıb. 2014-cü ildən sonra Surkov Kiyevlə münasibətlər və Donbassdakı münaqişənin həlli məsələləri ilə məşğul olub. Surkov 2020-ci ilin fevralında Putinin köməkçisi vəzifəsindən gedib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş