Kosovo ölkədəki NATO əsgərlərinin sayının artırılmasının tərəfdarıdır

Dünya

01.01.2023 - 21:55

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir: “KFOR-da əsgərlərin sayının artırılması bizim müdafiə səylərimizi dəstəkləyəcək”

Qismən tanınmış Kosovonun hakimiyyəti ölkədəki NATO əsgərlərinin və hərbi texnikasının sayını əhəmiyyətli dərəcədə artırmaq istəyir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Albin Kurti deyib.

Onun sözlərinə görə, bu yolla Priştinada və Qərbi Balkanların bütün regionunda təhlükəsizlik səviyyəsi artırılacaq.

Baş nazir vurğulayıb ki, hazırda müdafiə xərclərini, əsgər və ehtiyatda olan əsgərlərinin sayını artırırlar.

“NATO sülhməramlı qüvvəsi KFOR-da (Kosovoda sabitliyin təmin edilməsinə cavabdeh olan alyansın rəhbərliyi altında beynəlxalq qüvvə – red) əsgərlərin sayının artırılması bizim müdafiə səylərimizi dəstəkləyəcək”, - deyə Kurti əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş