Körpə koronavirusa qalib gəldi

Dünya

27.02.2020 - 18:17

cedabet dərman SEO Xidməti

350 saatlıq müalicədən sonra xəstəxanadan evə buraxılıb

 

Çində yeni doğulmuş körpə koronavirusla 350 saatlıq mübarizədən qalib ayrılıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, körpənin anasına hamiləliyin 35-ci həftəsində koronavirus diaqnozu qoyulub. Buna görə də qadın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməyə məcbur olub.

 

Doğuşdan sonra nəzarət altına götürülən körpə 350 saatlıq müalicədən sonra xəstəxanadan evə buraxılıb. Doğuşdan sonra körpə 4 dəfə testdən keçsə də, bütün nəticələr neqativ çıxıb. Beləliklə, körpənin koronavirusa yoluxmasının qarşısı alınıb.

 

“2 həftə öncə doğulub. Müalicəmizdən sonra vəziyyəti yaxşıdır və nəfəs ala bilir”, - xəstəxananın həkimi bildirib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş