Koronavirusa qarşı ilk peyvənd testi

Dünya

17.03.2020 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Alimlər təcrübənin uğurlu keçəcəyinə ümid edirlər

 

Dünyanı təşvişə salan Covid-19 pandemiyasına qarşı ilk peyvənd həyata keçirilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Seattle şəhərindəki Kaiser Permanente Vaşınqton Araşdırma İnstitutunda aparılan vaksinasiya prosesinin videoları yayılıb.

 

Vaksinlər könüllülərə vurulub. İnstitut alimləri təcrübənin uğurlu keçəcəyinə ümid edirlər.

 

Qeyd edək ki, ən son məlumata görə, koronavirusa dünyanın 162 ölkəsində ümumilikdə 182 725 insan yoluxub. Ölənlərin sayı isə 7174 nəfərdir. Ən çox ölüm Çində (3226 nəfər) və İtaliyada (2158 nəfər) qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş