Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

22.03.2022 - 19:28

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada COVID-19 əleyhinə 92 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 92 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 67, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13368581, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5319393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4814504, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3010364, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 224320 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş