Şəki Xan sarayında bədbəxt hadisə - <font color=red> On doqquz nəfər xəsarət aldı</font>

Hadisə

14.07.2019 - 14:33

19 nəfər xəsarət alıb

 

Şəki Xan Sarayının həyətindəki çinarın iri budağı qırılıb. AYNA BAKU.WS-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.


Məlumata görə, Xan Sarayının həyətində yaşı 500-dən çox olan çinar ağacının iri budağı qırılaraq yerə düşüb.



Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.



Qəzaya güclü küləyin səbəb olduğu ehtimal edilir. Belə ki, son günlər ölkə ərazisində leysan, dolu yağması və güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib. Həmçinin paytaxt və regionlarda külək ağacları maşınların və evlərin üzərinə aşırıb.

 

Səhiyyə Nazirliyi Şəki Xan Sarayındakı hadisə ilə bağlı məlumat yayıb. Baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.


Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir.



Bildirilib ki, paytaxtdan iki nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəssislər çağırılıb.

Картинки по запросу şəkidə ağacın budağı qırıldı

Müəllif: Ayna.az