Şəmkirdə ağır yol qəzası - <font color=red> ölü və yaralı var</font>

Hadisə

17.07.2019 - 00:27

Gecə saatlarında Şəmkir rayonunun Çaparlı kəndində baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub. AYNA "Report"-a istinadən xəbər verir ki, qəza nəticəsində 21 yaşlı Mərdənov Fərid Arzu oğlu və onun eyni yaşlı həmyerlisi Sadıqov Rəşad Zakir oğlu ağır xəsarət alıb.

 

Hər iki yaralı öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

 

Qəza nəticəsində ölənin Kazım adlı şəxs olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az