Şimal bölgəsində güclü yanğın başlayıb

Hadisə

19.08.2019 - 16:34

Külək və ərazinin dağlıq relyefə malik olması yanğının lokallaşdırılmasına mənfi təsir göstərir

 

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə yanğın başlayıb. AYNA "Report"a istinadən xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri və yerli sakinlər yanğının söndürülməsi üçün cəlb olunublar.

 

Hər kəsin səfərbər olunmasına baxmayaraq, güclü külək və ərazinin dağlıq relyefə malik olması yanğının lokallaşdırılmasına mənfi təsir göstərir.

Müəllif: Ayna.az