Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Xəbərlər

23.09.2025 - 20:03

İxtisas seçimi sentyabrın 24-dən 28-dək həyata keçiriləcək

11 illik təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçiminin tarixi açıqlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, 11 illik təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 24-dən 28-dək həyata keçiriləcək.

Qəbul aparılan ixtisasların siyahısı "Abituriyent" 11 jurnalında dərc olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş