KMDF-ə toplana vəsait nəyə xərclənəcək – <font color=red> AÇIQLAMA</font>

Cəmiyyət

05.05.2020 - 17:52

Həkimlər Klinikalar SEO Xidməti

İbrahim Məmmədov: “Detallarla bağlı konkret təkliflər hazırlanacaq”

 

Koronavirusla Mübarizəyə Dəstək Fonundun (KMDF) vəsaitinin hansı istiqamətdə xərclənəcəyi məsələsi Prezident İlham Əliyevin 19 mart tarixli fərmanında qeyd olunub. AYNA xəbər verir ki, bunu Nazirlər Kabuneti (NK) yanında Operaiv Qərargahın brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov deyib.

 

“Bu vəsait tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə, tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə, tibb sahəsində mütəxəssislərin hazırlanmasına, təbliğat və maariflənmə işlərinin aparılmasına xərclənməlidir”, - deyə o bildirib.

 

NK rəsmisi detallarla bağlı növbəti iclas üçün konkret təkliflər hazırlanacağını da vurğulayıb: “Bu təkliflər ekspertlər tərəfindən əsaslandırılmalı və həmin təkliflər növbəti iclasda artıq konkret istiqamətlər üzrə müzakirə olunmalı, ondan sonra qərar qəbul edilməlidir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş