Sosial evlərlə bağlı yeni qalmaqal yaşanır

Cəmiyyət

18.09.2019 - 11:48

Evsiz vətəndaş mənzil sahibi olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yardır

 

Son günlər İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) edilən müraciətlərdə sosial evlərin bir qisminin kirayə kimi təklif edilməsi məsələsi üstünlük təşkil edir. Belə ki, əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb.

 

Sosial evi güzəştli şərtlər ilə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək qazanc əldə etməyə çalışır. Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir.

Vüqar Bayramov, deputat, iqtisadçı-ekspert