Kiyevdə partlayışlar baş verib

Dünya

23.02.2023 - 17:42

cedabet dərman SEO Xidməti

Hava hücumu xəbərdarlığı elan edildikdən sonra paytaxtda partlayış səsləri eşidilib

Ukraynanın paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı elan edildikdən sonra partlayışlar baş verib. AYNA xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb. 

Bildirilib ki, Kiyevdə partlayış səsləri eşidilib. 

Yerli KİV-in məlumatına görə, hava hücumundan müdafiə sistemi işləyir.

Bundan əvvəl şəhərdə hava xəbərdarlığı elan edilib. Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində göstərilir ki, həyəcan siqnalı davam edir.

Qeyd edək ki, bu gün Ukrayna mediası Odessanın mərkəzində partlayışın baş verdiyini xəbər verib. 

Fevralın 22-də isə Xarkovda silsilə partlayışlar baş verib. Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirmişdi ki, şəhərdə sənaye müəssisəsi zədələnib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş