Kiyevdə binada partlayış olub, ölənlər var

Dünya

31.03.2024 - 00:29

cedabet Klinikalar SEO Xidməti

Partlayış nəticəsində 2 nəfər həlak olub

Ukraynanın Kiyev vilayətinin Bila Serkva şəhərində beşmərtəbəli binadakı mənzillərdən birində sonradan yanğınla müşayiət olunan partlayış baş verib.

AYNA xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti bildirib.

Məlumata görə, binanın 2-ci mərtəbədən 5-ci mərtəbəsinədək dəmir-beton örtüyü çöküb.

Qeyd olunub ki, “19:45-ə (Bakı vaxtı ilə 21:45 – red.) olan vəziyyətə görə naməlum maddənin partlaması nəticəsində ölənlərin sayı 2-yə yüksəlib (binanın üçüncü mərtəbəsində insan qalıqları aşkarlanıb)”.

Hadisə yerli vaxtla saat 15:00 (Bakı vaxtı ilə 17:00) radələrində olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş