Kiyev üçün kritik an: “Bizim üçün problem vaxtdır...”

Dünya

05.04.2024 - 12:48

cedabet Klinikalar SEO Xidməti

Andrey Ermak: “Yardım paketinin bu ay təsdiqlənməsi çox vacibdir"

Ukrayna ordusunda silah çatışmazlığı və ABŞ Konqresində Kiyevə yardım paketi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda Ukrayna üçün kritik an gəlir. AYNA xəbər verir ki, bu barədə “Politico”ya müsahibəsində Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Ermak deyib.

Ermak Kiyevin hələ də əlavə hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac olduğunu vurğulayıb: “Bizim üçün problem vaxtdır... Yardım paketinin bu ay təsdiqlənməsi çox vacibdir”.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson apreldə Kiyevə on milyardlarla dollar yardımın ayrılmasını gecikdirməyəcəyinə söz vermişdi. Eyni zamanda, “Associated Press” qeyd edib ki, spikerin özü də Konqresdə dilemmalarla üzləşib. O Ukraynanın alacağı dəstəyin formasından narahatdır: kredit və ya adi qrant şəklində.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş