Kiyev Rusiya ilə bağlı yeni doktrina qəbul etməyi planlaşdırır

Dünya

06.09.2025 - 14:56

Ukrayna Rusiyanın strateji neytrallaşdırılması doktrinasını qəbul etmək istəyir

Ukrayna Rusiyanın “strateji neytrallaşdırılması” ilə bağlı yeni doktrina qəbul etmək niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti yazıb.

“Ukrayna sakitcə keçmiş müdafiə naziri Andrey Zaqorodnyukun “strateji neytrallaşdırma” adlandırdığı yeni doktrinanı qəbul edir”, - nəşr qeyd edib.

Konsepsiya nəşrin məqaləsində qeyd olunduğu kimi, “Ukraynanın Qara dənizdə etdiyi kimi, Rusiya qüvvələrini quruda və havada iflic vəziyyətinə salmaqdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş