Kiyev küçələrində yol blokları qurulub

Dünya

26.12.2023 - 14:43

cedabet dərman SEO Xidməti

Təlimlər dekabrın 25-dən 28-dək Ukrayna paytaxtının müxtəlif rayonlarında baş tutacaq

Kiyev küçələrində maneələr qurulub. AYNA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

Rəsminin sözlərinə görə, təhlükəsizlik təlimləri patrul və milli polis, eləcə də şəhərin müdafiə qüvvələri və vasitələrinin qruplaşdırılması ilə birgə keçiriləcək. Təlimlər dekabrın 25-dən 28-dək Ukrayna paytaxtının müxtəlif rayonlarında baş tutacaq.

“Bu təlimlər müvəqqəti maneələrin yerləşdirilməsini, məhdudlaşdırıcı nişanların, mühəndis maneələrinin elementlərinin yaradılmasını nəzərdə tutur. Şərtlərə uyğun olaraq nəqliyyatın, keçid məntəqəsinin mühafizə elementlərinin yoxlanılması, müəyyən nümayiş, axtarış və əks-təxribat tədbirləri hazırlanır”, - Popko qeyd edib.

Qeyd edək ki, bundan əvvəl dekabrın 11-dən 14-dək şəhərin Darnitski rayonunda Kiyevin müdafiəsi üzrə təlimlər keçirilib. Təlimə şəxsi heyət, nizami hərbi texnika və silahlar cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş