İlham Əliyev: “Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı”.
AYNA xəbər verir ki, bu sözləri Prezident, Ali Baş Komandan İlham Əliyev Anım Günü ilə bağlı xalqa müraciətində bildirib.
Ölkə başçısı qeyd edib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil: “Və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.