Azərbaycanda koronavirusa ən çox yoluxma Bakıdadır

Aktual

31.08.2020 - 11:29

Yoluxanların 0,03%-i isə Naxçıvanda yaşayanlardır

 

Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir. AYNA xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

 

Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 56,2%-i paytaxtda yaşayır. Yoluxmaların 15,8%-i isə Abşeron rayonunun payına düşür.

 

Aparılan statistikaya əsasən, siyahıda koronavirusa yoluxanların 10,2%-i Aran zonasında, 6,4%-i Gəncə-Qazax bölgəsində, 4,3%-i Lənkəran rayonunda, 1,9%-i Quba-Xaçmaz, 1,7%-i Şəki-Zaqatala, 1,6%-i Dağlıq Şirvan, 1%-i Yuxarı Qarabağda qeydə alınıb.

 

Koronavirusa yoluxanların 0,03%-i isə Naxçıvanda yaşayanlardır.

 

Qeyd edək ki, koronavirusa yoluxanların 0,8%-ni ölkə xaricindən gələnlər təşkil edir.

Müəllif: Ayna.az