“Dövlətimiz və partiyamız müdafiə qabiliyyətimizi gücləndirməkdə davamlı sıçrayışlar edir”
“Şimali Koreya özünün müdafiə gücləndirilməsi çərçivəsində gizli silah əldə edib”. AYNA.AZ xəbər verir ki, bu sözləri Şimali Koreyanın lideri Kim Çen In deyib. Onun sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.
“Dövlətimiz və partiyamız müdafiə qabiliyyətimizi gücləndirməkdə davamlı sıçrayışlar edir”, - Kim Çen In bildirib.
O yeni esmineslərin inşasını misal çəkib ki, bu, "dəniz gücünün yaradılmasında ilk mühüm addım", eləcə də "strateji qüvvələrin fasiləsiz gücləndirilməsi" və kütləvi istehsal olunan silahların xüsusiyyətlərinin təkmilləşdirilməsidir.
"Bundan əlavə, biz yeni məxfi silah əldə etdik. Müdafiə elmi və tədqiqatlarında mühüm nailiyyətlər əldə olunub ki, bu da döyüş potensialının kəskin artmasına böyük töhfə verəcək", - Kim Çen In deyib.
Şimali Koreya lideri Ali Xalq Məclisinin növbəti sessiyasındakı çıxışı zamanı həmçinin bəyan edib ki, əgər Vaşinqton Şimali Koreyanın nüvəsizləşdirilməsi istəyindən əl çəkərsə, Şimali Koreya ABŞ-la dialoqa hazırdır.
“Şimali Koreya hazırda özünü nüvə qüvvələrinin inkişafı sayəsində ən təhlükəsiz hiss edir”, - vurğulayıb.