Keşiş: “Paşinyan hakimiyyəti getməlidir”

Dünya

10.05.2024 - 12:18

Baqrat Qalstanyan: “Baş nazirliyə namizədlərin adları müzakirə olunur, müxtəlif adlar var”

“Ermənistanın “Vətən üçün Tavuş” hərəkatı indi həyati əhəmiyyət kəsb edir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri İrəvanın mərkəzi meydanında mitinq təşkil edən Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan jurnalistlərlə söhbətində bildirib.

“Biz kritik həddə çatmışıq, o həddə çatmışıq ki, ölkəmiz parçalanıb. Heç bir təminat olmadan anlaşılmaz bir proses içindəyik. Ölkəmiz torpaq parçasına çevrilib. Bu, fəlakətin qarşısını almaq lazımdır”, arxiyepiskop bildirib.

Onun sözlərinə görə, bütün məsuliyyət Nikol Paşinyan hökumətinin üzərinə düşür: “Bu hakimiyyət getməlidir”.

Tavuş yeparxiyasının rəhbəri bildirib ki, siyasi xadimlərlə müzakirələr nəticəsində Baş nazir postuna namizədin kim olması dəqiqləşdirilir: “Baş nazirliyə namizədlərin adları müzakirə olunur. Müxtəlif adlar var, sizin favoritləriniz və bəyənmədiyiniz adlar var. Amma sonda kimin olacağı ilə bağlı razılaşma olacaq. Bu, ikinci mərhələ olacaq”.

Müəllif: Ayna.az