Azərbaycan şahmatçısı “Opera Euro Rapid” adlı turnirində mübarizə aparıb
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının üçüncü mərhələsi — “Opera Euro Rapid” adlı turnirin bürünc medalını qazanıb.
AYNA xəbər verir ki, şahmatçımız fransalı Maksim Vaşye-Laqravı 3-cü yer uğrunda mübarizədə məğlub edib.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.