Hökumətin futbola müdaxiləsinə görə cəza tətbiq olunub
FİFA Çad və Pakistan Futbol Federasiyalarının quruma üzvlüyünü dayandırıb. AYNA xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Hər iki ölkənin futbol federasiyası hökumətin futbola müdaxiləsi səbəbindən cəzalandırılıb.
Çad və Pakistanda ölkə rəhbərliyi tərəfindən futbolla bağlı verilən qərarlar aradan qaldırılacağı halda, ölkələrin üzvlüyü yenidən bərpa olunacaq.