“Birləşmiş Ştatlar müasir təcrübəsi olmayan müharibə növünə hazır olmalıdır.
ABŞ hakimiyyəti Çinlə mümkün hərbi münaqişəyə hazırlığı gücləndirməlidir. AYNA xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall “The Hill” qəzetinə müsahibəsində deyib.
Kendall Vaşinqtonu Çinlə müharibəyə hazırlaşmağa çağırıb və münaqişənin cilovlanması və qələbə üçün hazırlanmalı olduğunu vurğulayıb.
Onun fikrincə, Birləşmiş Ştatlar müasir təcrübəsi olmayan müharibə növünə hazır olmalıdır.
Katib əlavə edib ki, ABŞ hərbi potensialı Çinin Tayvana təcavüzünü cilovlaya bilməsə, münaqişə başlaya bilər.
Kendall həmçinin əmin edib ki, Pekin Vaşinqtonla silahlı toqquşma üçün ordusunu gücləndirir.
"Çin 20 ildən artıqdır ki, Qərbi Sakit okeanda ABŞ-ı məğlub etmək üçün öz supergüc imkanlarını optimallaşdırır", deyə Kendall vurğulayıb.