“Hər zaman deyirik ki, hədəfə aparan son 10 metr ən çətin hissədir”
“ABŞ Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çox yaxındır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Hər zaman deyirik ki, hədəfə aparan son 10 metr ən çətin hissədir. Artıq iki metr qalmışıq, demək olar ki, oradayıq”.
Kelloq əlavə edib ki, ABŞ administrasiyasının təklif etdiyi sülh planı üzərində iş davam edir: “28 bənddən ibarət sülh planı təklif olunub və onun üzərində iş gedir. Yekun nəticənin əldə edilməsi üçün danışıqlar davam edəcək. İnanıram ki, buna nail olmaq şansımız var”.