Hadisə rayonun Vəng kəndində qeydə alınıb
Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.
AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Vəng kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21099” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Vəng kəndində tikinti şirkətlərindən birində çalışan sürücü, 1979-cu il təvəllüdlü Rəsul Quliyev hadisə nəticəsində ölüb.
Avtomobildə olan sərnişin M. Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırma gedir.