BDU-nun yataqxanasında faciə: Bir tələbə ölüb, ikisinin vəziyyəti ağırdır

Hadisə

21.11.2019 - 14:51

Həkim: “Xəstəxanaya gətirilən qızların vəziyyətləri kirtikdir, hazırda onlar ciddi həkim nəzarətində saxlanılır”

 

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma müraciət bu gün saat 12:35-də daxil olub.

 

Həkimlər qeyd edilən ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qızı aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin sözlərinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

 

Zəhərlənməsi ehtimal edilən qızlardan biri dünyasını dəyişin, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Vəziyyəti kritik olan qızların yaşlarının, təxminən 20-22 arası olduğu bildirilir. Onların müalicələri davam edir.

 

Yataqxanada zəhərlənənlərin adları bəlli olub. Bu barədə oxu.az-a qızları xəstəxanaya gətirən şəxs məlumat verib. Onun sözlərinə görə, qızlardan birinin adı Dilrubədir. Digəri isə Həmidə İbadova ad-soyadlı tələbədir. Ölən gəncin adı hələlik bəlli deyil.

 

Toksikoloq Azər Maqsudov bildirib ki, gətirilən qızların vəziyyətləri kritikdir: “Hazırda onlar ciddi həkim nəzarətində saxlanılır. Vəziyyətlərində irəliləyiş yoxdur. Zəhərlənmənin nədən baş verdiyi bəlli deyil”.

Müəllif: Ayna.az