Bakıda avtosalonda yanğın: <font color=red> bir nəfər tüstüdən zəhərlənib</font>

Hadisə

30.11.2019 - 03:31

Tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib

 

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtomobil salonunun birinci mərtəbəsində, təmir sexində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. 

 

AYNA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. 

 

Təmir sexində olan 30 ədəd avtomobil və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: Ayna.az